2 Dekabr 2025 / 14:54

Taksi sürücüsü 18 yaşlı qıza cinsi təcavüz etdiyinə görə məhkəmə qarşısına çıxacaq

Moskva taksisində gənc qadına qarşı cinsi təcavüzlə bağlı istintaq başa çatıb.

Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskva İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, sürücü gənc Moskva sakininə qarşı zorakı cinsi hərəkətlər etməkdə ittiham olunur.

“Məhkəmə onun məhkəməyəqədər həbs qətimkan tədbiri seçib”, – məlumatda deyilir.

Müstəntiqlərin sözlərinə görə, hadisə 4 noyabr axşamı baş verib. Şahidlərin olmamasından istifadə edən şübhəli 18 yaşlı qıza qarşı zorakı cinsi hərəkətlər edib və sonra hadisə yerindən qaçıb. Zərərçəkmiş dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.

İstintaq zamanı lazımi müayinələr və istintaq tədbirləri aparılıb. Toplanan sübutlar təqsirləndirilən şəxsin günahını tam təsdiqləyib.

Təsdiqlənmiş ittiham aktı ilə cinayət işi məhkəməyə göndərilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!