Əsas məzmuna keç

Tankerin partlaması nəticəsində 3 nəfər ölüb

Mexikoda qaz tankerinin partlaması nəticəsində yaralananların sayı 70-ə çatıb, 3 nəfər ölüb.

Tezadlar.az bildirir ki, bu barədə öz X səhifəsində Meksika paytaxtının meri Klara Bruqada məlumat verib.

“Sizə məlumat verirəm ki, hazırda 70 qurban qeydə alınıb və təəssüf ki, üç nəfər ölüb”, – Bruqada yazıb.

O, daha əvvəl bildirib ki, ilkin versiyaya görə, paytaxtın İztəpalapa rayonunda qaz tankeri aşıb. Aşmadan sonra silsilə partlayışlar baş verib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…