Əsas məzmuna keç

Tarixin ən bahalı dünya çempionatı bileti satılır

Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/4 final mərhələsi çərçivəsində keçiriləcək İngiltərə – Norveç matçına bilet 8 milyon dollara satışa çıxarılıb.

Tezadlar.az xəbər verir ki, satışda daha ucuz biletlər olsa da, ümumilikdə Bakı vaxtı ilə iyulun 12-nə keçən gecə Mayamidə baş tutacaq oyunun biletləri dünya çempionatları tarixinin rekordlarını qırır.

Belə ki, birinci kateqoriyalı biletlərin qiyməti 3 200 dollardan başlayaraq artıq qeyd olunan 8.05 milyon dollara qədər dəyişir. Matçı ikinci kateqoriyalı yerlərdən izləmək 103 500 dollara başa gələcək, üçüncü kateqoriyalı yerlər üçün isə qiymətlər 2 900 dollarla 57 500 dollar arasında dəyişir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…