2 İyul 2026 / 07:49

Tbilisidə amansızlıqla öldürülən Fatimə Kərimovanın qatili xalası oğludur!

Bir müddət əvvəl Tbilisidə baş vermiş ağır qətl hadisəsinin yeni təfərrüatları məlum olub. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, iyunun 26-da kirayə mənzildə qətlə yetirilən Azərbaycan vətəndaşı, 21 yaşlı Fatimə Kərimovadır. Məlumata görə, xalası oğlu 21 yaşlı qızı iki həftə ərzində kilidli saxlayıb, vəhşicəsinə döyüb, daha sonra isə boğaraq öldürüb. Yayılan məlumata görə, azərbaycanlı qız Tbilisiyə sevgilisi ilə birlikdə gəlib, lakin cütlüyün pulu bitdikdən sonra oğlan qızı küçədə qoyaraq özü Azərbaycana qayıdıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, Fatimə Kərimovaya ilkin olaraq Gürcüstan vətəndaşı sığınacaq verib, bir neçə gündən sonra isə həmin xalası oğlu gələrək ona mənzil kirayələyəcəyini deyib. Lakin sonradan məlum olub ki, onun niyyəti kömək etmək deyil, qızı qətlə yetirmək olub. Qətlə yetirilən qızın yaxınları sosial şəbəkədə yazırlar ki, 21 yaşlı qız yetim idi və geridə yalnız 19 yaşlı bacısı qalıb. Gənc qızın qətli barədə məlumatı sosial şəbəkədə “Sapari” təşkilatının rəhbəri Baia Pataraia yayıb.

Hazırda istintaq gedir və onu qətlə yetirənin saxlanılması istiqamətində tədbirlər görülür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!