Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva bıçaqlanıb. Tezadlar.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında paylaşım edib. “Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir”, – o bildirib.
Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev isə cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görüldüyünü açıqlayıb.
***
Keçmiş ər, keçmiş arvad… Keçmiş keçmişdə qalıbda, daha bu nə hadisədir?! Əgər baş verən qısqanclıqdan törənirsə, qısqandığının yanında qalardı və keçmiş ər və ya keçmiş arvad olmazdı…
A.Məmmədli







