Təcrübəli məşqçi vəziyyəti şişirtməməyi tövsiyə etdi

Türkiyə futbolunun əfsanəvi baş məşqçilərindən olan Fatih Terimə bir proqramda “Fənərbaxça niyə çempion ola bilmir?” sualı verilib. 

Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, Terim vəziyyəti şişirtməməyin vacibliyini vurğulayaraq deyib: “Bəzən belə şeylər olur. Avropada 30-40 ildir çempion olmayan komandalar var. Bu, aydın düşünməyə mane olur”. 

Terimin o anları sürətlə yayılıb.

Təcrübəli çalışdırıcı Türkiyə futbolunun hazırkı durumu və keçmiş təcrübələrini də şərh edib. Terimin bu sözləri sosial mediada böyük əks-səda doğurub.

Xəbəri paylaş