12 Mart 2026 / 04:15

Tehranda nəzarət-buraxılış məntəqələrinə edilən hücumlarda 10 nəfər ölüb – İran mediası

İranın paytaxtı Tehranda İsrailin pilotsuz təyyarələrinin nəzarət-buraxılış məntəqələrinə etdiyi hücumlarda ən azı 10 nəfər ölüb.

Tezadlar.az bildirir ki, İran mətbuatında yer alan xəbərlərə görə, İsrail İran daxilindəki casusları ilə əməkdaşlıq edərək Tehranın 1, 14, 15 və 16-cı rayonlarını hədəf alan pilotsuz təyyarə hücumları həyata keçirib.

Hücumlar nəticəsində yol nəzarət məntəqələrində növbətçi olan təhlükəsizlik qüvvələri və İran Könüllü Təhlükəsizlik Qüvvələrinin (Bəsic) üzvləri də daxil olmaqla 10 nəfər həyatını itirib.

İrana ABŞ-İsrail hücumları

İsrail və ABŞ Tehran və Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda 28 fevralda İrana hərbi hücuma başlayıblar.

İran buna cavab olaraq ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə müəyyən etdiyi hədəflərə, eləcə də İsrailə hücumlar edib.

ABŞ-İsrail hücumlarında İran lideri Ayətullah Əli Xamenei və çoxsaylı digər yüksək vəzifəli şəxslər həlak olub.

İran rəsmilərinin məlumatına görə, ABŞ-İsrail hücumlarında 1332 nəfər həyatını itirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!