Ankara Baş Prokurorluğu tərəfindən koordinasiya edilən əməliyyatlarda terror təşkilatlarını hədəf alan istintaqlar çərçivəsində saxlanılan 225 şübhəlidən 178-i həbs edilib.
Tezadlar.az xəbər verir ki, Baş Prokurorluğun açıqlamasına görə, ölkə daxilində terror təşkilatlarının hərəkət və fəaliyyətlərinin aşkarlanması məqsədi ilə aparılan araşdırmalarda müəyyən edilmiş 241 şübhəlidən 225-i saxlanılıb.
Saxlanılanlardan 212-si “terror təşkilatına üzvlük” ittihamı ilə həbs tələbi ilə Sülh Məhkəməsinə göndərilib, 6-sı isə Baş Prokurorluq tərəfindən sərbəst buraxılıb.
Sülh Məhkəməsi tərəfindən dindirildikdən sonra 178 şübhəli həbs edilib, 34 nəfər haqqında məhkəmə nəzarəti qərarı verilib.
E.ŞİRİNOV







