“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb… Tezadlar.az xatırladır ki, prokuror təqsirləndirilən şəxsin dörd il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili cinayət işini əsassız adlandıraraq məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib.
Təqsirləndirilən İlhamə Elşadqızı son sözündə ittihamları qəbul etmədiyini bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs üç il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb. “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıblar. Onların barəsində həbs qərarı çıxarılıb.