Əsas məzmuna keç

“Tofi” ləqəbli gənc qeyri-etik paylaşımlara görə həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən şəxs müəyyən olunaraq saxlanılıb.

DİN-dən Tezadlar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 2002-ci il təvəllüdlü “Tofi” ləqəbli Yevlax rayon sakini Tofiq Qasımlı məsuliyyətə cəlb olunub.

Müvafiq qərarla T.Qasımlı inzibati qaydada həbs edilib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…