Əsas məzmuna keç

Tramodan tarixi etiraf: “ABŞ olmadan İsrail mövcud ola bilməzdi”

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Amerika Birləşmiş Ştatlarının dəstəyi olmadan İsrail mövcudluğunu davam etdirə bilməzdi. Tezadlar.az xəbər verir ki, bu barədə Tramp Vaşinqtondan Miçiqan ştatına gedən təyyarəsində jurnalistlərə bildirib. “Bilirsinizmi, biz olmasaydıq kim mövcud ola bilməzdi? İsrail”, – deyə o əlavə edib. Tramp izah edib ki, o, əsasən İran ətrafındakı vəziyyətə istinad edir: “Əgər mən bu məsələni həll etməsəydim, tezliklə nüvə silahı olacaq şeyi partlatmasaydım, İsrail aylar əvvəl məhv olardı. Əgər Obamanın dəhşətli razılaşmasına son qoymasaydım, bu, illər əvvəl baş verərdi”.

İsraildən hələki Trampın bu bəyanatına şərh verilməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…