Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Tezadlar.az bildirir ki, Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra mətbuata açıqlamalar veriblər.
Ankara Zirvə Toplantısını tərifləyən Tramp hava limanından görüş məkanına qədər hər şeyin qüsursuz olduğunu söyləyib.
Tramp deyib: “Prezident Rəcəb Tayyib Ərdoğan güclü və yaxşı insandır. O, əla iş gördü. Hər şey mükəmməl keçdi. Həqiqətən məhsuldar bir görüş keçirdik.”
Ukraynadakı müharibə ilə bağlı ABŞ Prezidenti “Zelenski çox təsirli idi” dedi və Ukraynaya “Patriot” raketləri istehsal etmək hüququnun verilməsini müzakirə edəcəklərini bildirib.
İrana mesajlar
İranın Hörmüz boğazında ticarət gəmilərini hədəf aldıqdan sonra ABŞ-ın İrandakı hədəflərə hücumlar başlatdığını xatırladan Tramp deyib: “Dünən gecə onları çox güclü vurduq. Çox güman ki, bu gecə İrana çox güclü zərbə endirəcəyik.”
İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini təkrarlayan Tramp Tehranla danışıqlarda əsas gündəm maddəsinin ölkənin nüvə proqramı olduğunu bildirib.
Tramp deyib: “Sadə dillə desək, İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik”.
ELBAR