16 İyul 2026 / 11:25

Tramp İlham Əliyevin “Breitbart News”də yayımlanmış fikirlərini özünün sosial şəbəkəsində paylaşdı

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin yer aldığı, “Breitbart News” nəşrində dərc olunmuş məqaləni özünün “Truth Social” sosial şəbəkəsində paylaşıb. Tezadlar.az xatırladır ki, Trampın rəsmi “Truth Social” hesabında paylaşdığı material “Breitbart News”un müxbiri Coşua Kleyn tərəfindən hazırlanıb. “Breitbart News”un məqaləsində IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı dövlət başçısının rəsmi sosial media hesablarından yayılıb.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!