ABŞ prezidenti Tramp sosial media paylaşımında İranı yenidən hədəfə aldı. “İran gündə 500 milyon dollar itirir. Onlar Hörmüz boğazının dərhal açılmasını istəyirlər”, – deyə o bildirib.
Tezadlar.az xəbər verir ki, Tramp Tehran administrasiyasının Hörmüz boğazının bağlanması səbəbindən yaşadığı iqtisadi itkilərə diqqət çəkib.
O, İranın maliyyə cəhətdən çökdüyünü iddia edib.
“Onlar nağd pul çatışmazlığı yaşayırlar, gündə 500 milyon dollar itirirlər”, – deyə o bildirib.
ABŞ prezidenti həmçinin bildirib ki, “Ordu və polis maaşlarını almadıqlarından şikayətlənirlər”.
E.ŞİRİNOV







