Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 İyul 2026 / 06:12

Tramp İrana hücumların davam edəcəyini və razılaşmanın mümkün olduğunu bildirdi

ABŞ Prezidenti Donald Tramp İrana hücumların davam edəcəyini bildirib və danışıqlardan tamamilə imtina etmədiyini və razılaşmanın hələ də mümkün olduğunu əlavə edib.

Tezadlar.az xəbər verir ki, Tramp Oval Ofisdə keçirilən imza mərasimində jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırıb.

ABŞ-ın İrana hücumları və mümkün diplomatik həll prosesi barədə danışan Tramp deyib: “Bizdə çoxlu sayda sursat var. İllərdir olmayan səviyyələrə çatmışıq və onlara çox sərt zərbələr endiririk və bu, davam edəcək”.

İrana qarşı dəniz blokadasını da yenidən tətbiq etdiklərini bildirən Tramp deyib: “Biz blokadanı bərpa edirik. Bu blokada yalnız İrana aiddir. İranla iş görənlər keçə bilməyəcək; qalanları keçə biləcək”.

Tramp danışıqlardan tamamilə imtina etmədiyini bildirib və əlavə edib: “Düşünürəm ki, razılaşma hələ də mümkündür”.

İranın hərbi potensialına ciddi ziyan vurduğunu iddia edən Tramp, bir ay ərzində İran donanmasını zərərsizləşdirdiklərini, hava qüvvələrinin artıq “demək olar ki, mövcud olmadığını” və raket istehsal gücünün 89 faizini, dron istehsal gücünün isə 92 faizini məhv etdiklərini iddia edib.

Tramp həmçinin iki gün əvvəl İranla razılığa gəldikləri, lakin Tehranın geri çəkildiyini, əlavə danışıqlar tələb etdiyini və hücumların İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zəruri olduğunu iddia edib.

ABŞ-ın Körfəz bölgəsindəki fəaliyyətinə toxunan Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn və Küveyt kimi müttəfiqlərini qoruduqlarını və bu qoruma xərclərinin həmin ölkələr tərəfindən ödənilməli olduğunu bildirib.

“Biz dünyanın çox zəngin bir bölgəsini qoruyuruq. Mən bunun müqabilində pul almaq istəyirəm”, – Tramp deyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!