5 Avqust 2026 / 09:11

Tramp İranla danışıqları tək bir cümlə ilə ifadə etdi

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı, 4 avqustda baş tutan İranla danışıqları təriflədi.

Tezadlar.az bildirir ki, o, bu açıqlamanı Fox News-a verdiyi müsahibədə verib.

Amerika lideri müzakirələrin bütün gün davam etdiyini qeyd edib.

“Görünür, hər şey çox yaxşı gedir”, – deyə o, danışıqların nəticələrini şərh edib.

Bir müddət əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqton və Tehranın yaxın günlərdə Hörmüz boğazına nəzarətlə bağlı razılığa gələ biləcəyini bildirmişdi. Sazişdə İranın gəmilərin keçidi üçün rüsum alması məsələsinin də yer alıb-almayacağı ilə bağlı suala cavab olaraq, o, hərəkət azadlığının təmin ediləcəyini söyləyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!