Əsas məzmuna keç

Tramp və Ərdoğan Ukrayna danışıqlarının bərpasını müzakirə edəcəklər

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp NATO sammiti çərçivəsində Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpasını müzakirə edəcəklər.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

Şimali Atlantika Alyansının sammiti 7-8 iyul tarixlərində Ankarada keçiriləcək. Tədbirdə NATO-ya üzv olan 32 dövlətin nümayəndələri, o cümlədən milli liderlər, xarici işlər nazirləri və müdafiə nazirləri iştirak edəcək.

Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla, Asiya-Sakit Okean bölgəsindəki əsas NATO tərəfdaşlarının da iştirakı gözlənilir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…