Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə Oval Ofisdə gərgin söhbətdən sonra münasibətlərinin xeyli yaxşılaşdığını bildirib.
Tezadlar.az xəbər verir ki, Amerika lideri bu açıqlamanı Ankarada Ukrayna prezidenti ilə görüşündə verib.
“Həqiqətən də yaxşı münasibətlər qura bildik. İnanmaq çətindir, elə deyilmi? Amma Oval Ofisdəki görüşümüzdən bəri düşünürəm ki, çox yaxşı münasibətlər qurmuşuq. Ukraynanın böyük potensialı var”, – deyə xarici media Trampdan sitat gətirib.
ABŞ prezidenti həmçinin rusiyalı həmkarı Vladimir Putinin onu Moskvaya dəvət etdiyini bildirib. Daha sonra respublikaçı NATO sammiti çərçivəsində danışdığı Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayıb və Rusiya paytaxtına şəxsi səfər ideyası barədə nə düşünəcəyini soruşub.
Eyni görüşdə ABŞ prezidenti Vaşinqtonun Kiyevə Patriot hava hücumundan müdafiə raket sistemlərini müstəqil şəkildə istehsal etmək üçün lisenziya vermək niyyətini açıqlayıb.
Bu yaxınlarda mediada Birləşmiş Krallıq, Almaniya, Fransa və Hollandiyanın Ukrayna ilə birlikdə Amerika silahlarından asılılığı azaltmaq üçün uzun mənzilli raketlər hazırlamaq layihəsinə başlamağı planlaşdırdığı barədə məlumatlar yayılıb.
ELBAR