Əsas məzmuna keç

TÜRKİYƏDƏ MƏDƏN QƏZASI BAŞ VERİB – ÖLƏN VƏ YARALANANLAR VAR

Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində partlayış baş verib.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Partlayışdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə yola düşüblər.

KİV-in məlumatına görə, çoxlu sayda qrup bölgədə axtarış-xilasetmə işlərini davam etdirir. 

Tezadlar.az CNN Türk-ə istinadən xəbər verir ki, Türkiyə Səhiyyyə Nazirliyinin yaydığı ilkin  məlumata görə,  2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Son məlumatlara görə, mədəndə metan partlayışının baş verməsindən şübhələnilir.

“Biz mədəndə metan partlayışı olduğundan şübhələnirik. İçəridə 87 mədənçi olub”, – deyə Amasra şəhərinin meri Rejai Çakır bildirib.

Xatırladaq ki, hadisə axşam saatlarında baş verib.

Y.MƏMMƏDLİ

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…