15 Oktyabr 2022 / 09:30

TÜRKİYƏDƏ ŞAXTADA ÖLƏNLƏRİN SAYI 40 NƏFƏRƏ ÇATIB

Türkiyədə şaxtada baş verən partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Bu barədə daxili işlər naziri Süleyman Soylu məlumat verib.

“Təəssüf ki, ölənlərin sayı 40-a çatıb”, – deyə Soylu bildirib.

Daha əvvəl 28 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, partlayış oktyabrın 14-də axşam saat 6 radələrində Türkiyənin şimalında yerləşən Bartın vilayətində mədəndə 300 metr dərinlikdə baş verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!