Türkiyə Makronun psixoloji olaraq Ərdoğana hakim ola bilməməsini qeyd edir

Oxunma sayı: 377

Türkiyə mətbuatı Fransa prezidenti Emmanuel Makronun Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qarşısında uğursuzluğunu qeyd edib.

Tezadlar.az xəbər verir ki, bu barədə xüsusilə “Yeni Şafak” qəzeti və “TRT Haber” telekanalının saytı məlumat yayıb.

Avropa Siyasi Birliyinin Albaniyada keçirilən toplantısı zamanı Makron masa arxasında əyləşən Ərdoğana yaxınlaşıb. O, əlini Türkiyə liderinin əlinin üzərinə qoyub, lakin o, mövqeyini dəyişib. Ərdoğan əlini azad edərək Makronun barmağını tutub. Türkiyə prezidenti bir müddət gülümsəyərək oturduğu yerdən qalxmadan onu qucaqlayıb. Bu an videoya çəkilib, sonradan internetdə yayımlanıb.

Türkiyə mediasına görə, bu vəziyyət Makronun Ərdoğan üzərində “psixoloji hökmranlıq” qura bilmədiyinin göstəricisidir. “Yeni Şafak” qəzeti naməlum internet istifadəçisinə istinadən yazıb ki, “Makron qayaya dəyib”. “TRT Haber” isə prezidentlər arasında baş verənləri qol güləşi adlandırıb.

Bundan əvvəl internetdə Makron və Ərdoğanın bir-birini salamlayan müvafiq görüntüləri yayılıb. Bir çox istifadəçi Ərdoğanın belə bir jestlə fransalı həmkarından üstünlüyünü sübut etdiyini iddia etməyə başlayıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

22 İyun