Türkiyənin qərbində 6,1 bal gücündə zəlzələ baş verib.
Tezadlar.az xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 19:53-də qeydə alınıb, episentri Balıkesir vilayətinin Sındırğı rayonunda olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur, – deyə respublika Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya bildirib.
“Zəlzələ İstanbul və ətraf vilayətlərdə hiss olunub. Hazırda hər hansı mənfi fəsad müşahidə olunmur. Biz real vaxt rejimində vəziyyəti izləyirik”, – nazir X-də yazıb.
“TRT Haber” telekanalı xəbər verir ki, yeraltı təkanlar İstanbul da daxil olmaqla Türkiyənin qərbində ən azı 10 bölgədə 20-30 saniyə ərzində hiss olunub. Bəzi yerlərdə mobil rabitə ilə bağlı problemlər var.
E.ŞİRİNOV







