Əsas məzmuna keç

Türkiyənin xarici işlər naziri Putinlə görüşmək istəyir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün, mayın 26-da Rusiya prezidenti Vladimir Putinlə görüşməyi gözləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Bu gün, mayın 26-da Rusiya Federasiyasına səfəri zamanı Fidan prezident Vladimir Putin tərəfindən qəbul edilərək, prezidentin köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşlər keçirməyi planlaşdırır”, – mənbə nəşrə bildirib.

O, həmçinin bildirib ki, ertəsi gün, mayın 27-də Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında danışıqlar, həmçinin Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə Rusiya-Türkiyə Sahibkarlar İttifaqının idarə heyətinin üzvləri arasında görüş planlaşdırılır.

Daha əvvəl məlum olmuşdu ki, Fidan Lavrovun dəvəti ilə mayın 26-27-də Rusiyaya səfər edəcək.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…