Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyul 2026 / 09:47

Türkiyəyə nəhəng çəyirtkə basqını

Son günlərdə Mərmərə bölgəsində müşahidə olunan nəhəng çəyirtkə basqını çaxnaşmaya səbəb olub. Bir çox insan evlərində, eyvanlarında və bağlarında rastlaşdıqları çəyirtkələrlə necə mübarizə aparacaqlarını düşünür. Çəyirtkə populyasiyasının Türkiyəyə Balkanlardan gəldiyi öyrənilib.

Tezadlar.az xəbər verir ki, Balkanlardan Türkiyəyə daxil olduğu düşünülən nəhəng çəyirtkələr Mərmərə bölgəsinə təsir etməyə davam edir.

Ədirnə, İstanbul və Kocaelidən sonra Bursada da nəhəng çəyirtkələr müşahidə olunub. Balkonlara, bağlara və divarlara düşən çəyirtkələrin görüntüləri sosial mediada da geniş yayılıb.

Böyük çəyirtkələri evlərindən uzaq tutmağa çalışan bəzi vətəndaşlar müxtəlif üsullara əl atıblar.

Bir vətəndaş ağ sirkəni su ilə qarışdıraraq eyvanlara və pəncərələrə tökərək çəyirtkələrdən qorunmağa çalışarkən özünü lentə alıb və sonra videonu sosial mediada paylaşıb. Nəhəng çəyirtkələrin göründüyü anlar sosial mediada diqqət çəkib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!