27 İyul 2026 / 20:46

Türkiyəyə səfir gedənlər niyə dərhal bığ saxlayır?

Sosial mediada Türkiyəyə səfir gedən diplomatlarımızın bığ saxlamaları ilə bağlı maraqlı fakt müzakirə edilməkdədir. Tezadlar.az xatırladır ki, bu müzakirələrin birində yazılır: “…Azərbaycanın Türkiyədəki son 2 səfiri Ankaraya gedəndə bığsız, qayıdanda bığlı qayıdıblar. İddialara görə, sabiq səfirlər Xəzər İbrahim və Rəşad Məmmədov özlərini Erdoğana oxşadaraq, türklərin “kirli bıyık” dediyi stildə bığ saxlayıblar. Bu bığ stili Türkiyədə hakim AKP içərisində və “Fətullah Gülən Camaatı” üzvləri arasında populyardır.
Sosial şəbəkə istifadəçiləri yazır ki, yeni səfir təyin olunan Rəşad Aslanov gərək bu ənənəni pozsun, yoxsa camaatın ağlına xoşagəlməz fikirlər gəlməyə başlayır…”.
Adı çəkilən diplomatlardan isə bu barədə hər hansı açıqlama və ya şərh yoxdur.
Səbuhi
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!