Əsas məzmuna keç

Ucarda canavar sürüsü kəndə hücum etdi: 6 qoyun parçalandı

Ucarda vəhşi heyvanlar kəndə hücum edib.

Tezadlar.az xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar 6 baş qoyunu parçalayıb. Ev sahibinin dediyinə görə, ona təxminən 2500 manat maddi ziyan dəyib.

Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…