UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – ÇSKA (Sofiya, Bolqarıstan) oyunu başlayıb. Tezadlar.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir. Matçın baş hakimi italiyalı FIFA referisi Daniele Kiffidir.Komandalar arasında cavab matçı isə iyulun 30-da Sofiya şəhərində baş tutacaq. Bu dueldə qələbə qazanan tərəf “Şerif” (Moldova) – “Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
Komandamıza uğurlar arzulayırıq!







