Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyul 2026 / 12:12

UEFA Avropa Liqası: “Qarabağ”ın ÇSKA ilə oyunlarını idarə edəcək hakimlər onlardır- ADLAR

“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) komandasına qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları müəyyənləşib. Tezadlar.az xatırladır ki, Bakıdakı matçı italiyalı Daniele Çiffi idarə edəcək.

Ona həmyerliləri Ciovanni Baççini və Alessandro Lo Çiçero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR-da Valerio Marini, AVAR-da Federiko La Penna fəaliyyət göstərəcək.

Səfərdəki görüşdə belçikalı FIFA referisi Bram Van Drişşe söz sahibi olacaq. Mişel Seldreyers və İv De Neve yan xətt hakimi kimi təyinat alıblar. Kevin Van Damme dördüncü hakim fuknsiyasını yerinə yetirəcək. VAR-da Bert Put, AVAR-da Vesli De Kremer yer alacaq.

Xatırladaq ki, “Qarabağ” – ÇSKA oyunu iyulun 23-də, cavab matçı iyulun 30-da səfərdə keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!