22 İyul 2026 / 06:16

Ukrayna Baş Qərargah rəisi dəyişdirildi

Ukrayna Prezidenti Volodimir Zelenski Baş Qərargah rəisi Aleksandr Sırskini vəzifəsindən azad edib və onun yerinə Birləşmiş Qüvvələrin Komandanı briqada generalı Mixaylo Drapati təyin edib.

Tezadlar.az xəbər verir ki, gündəlik video müraciətində Zelenski Rusiya-Ukrayna müharibəsindəki son hadisələri qiymətləndirib.

O, həmçinin yüksək rütbəli hərbi rəsmilərlə görüşdüyünü və Ukrayna Baş Qərargahında planlaşdırılan dəyişiklikləri müzakirə etdiyini bildirib.

Zelenski Ukrayna Ordusunun Birləşmiş Qüvvələrinin Komandanı briqada generalı Mixaylo Drapati-ni Aleksandr Sırskinin yerinə yeni Baş Qərargah rəisi təyin etmək qərarını açıqlayıb.

Zelenski Sırskinin müharibənin əvvəlində paytaxt Kiyevin müdafiəsində, daha sonra Xarkov bölgəsindəki əks-hücumda və Ukraynanın Rusiyanın Kursk bölgəsinə hücumlarında təsirli rol oynadığını bildirib, Sırskiyə xidmətlərinə görə təşəkkür edib və deyib: “Sabah bütün bu qərarları rəsmiləşdirəcəyik”.

Müdafiə naziri ilə hərbi qanad arasında fikir ayrılığı

16 iyulda Ukrayna Prezidenti Zelenski müdafiə naziri Fedorovla Baş Qərargah rəisi Sırski və onun komandası arasında fikir ayrılıqlarının olduğunu bildirib.

Elə həmin axşam Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti rəhbəri Yevgeni Xmaranın Fedorovun müvəqqəti əvəzedicisi təyin olunduğunu elan edib.

16 iyulda Kiyev, Odessa, Lvov və ölkənin müxtəlif şəhərlərində Fedorovu dəstəkləyən nümayişlər başlayıb.

Aleksandr Sırski 8 fevral 2024-cü ildə Zelenskinin qərarı ilə Ukrayna Baş Qərargah rəisi təyin edilib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!