Ukrayna üçün ərazi güzəşti yolverilməzdir!- ZELENSKİDƏN SON QƏRAR

Oxunma sayı: 65

Rusiyanın və ABŞ- ın siyasi rəhbərliyinin arzusuna əks olaraq Zelenski deyib ki, Ukrayna ərazilərinin itirilməsi müqabilində atəşkəs sazişi imzalamağa hazır deyil. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukrayna lideri Volodimir Zelenski Böyük Britaniyanı tərk etməzdən əvvəl britaniyalı jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, belə bir razılaşma gələcəkdə gərginliyə gətirib çıxara bilər.

Zelenski deyib ki, Ukraynanı dəstəkləyən və ya “vasitəçi” olmaq istəyən ölkələr başa düşürlər ki, əgər münaqişə Kiyevin doğru hesab etdiyi şəkildə bitməsə, “onda bu, sadəcə vaxt məsələsi olacaq ki, insanlar ədaləti bərpa etmək istəsinlər”.

Avropada isə düşünürlər ki, Ukrayna ərazisini güzəştə getsə, Rusiya birbaşa Avropa ölkələrinin qulağının dibində özünə hərbi baza quracaq, bu da onların təhlükəsizliyinə ciddi problemdir.

A.Məmmədli

Xəbəri paylaş