Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə də Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk və Zaporojye bölgələrinə hücumları nəticəsində 11 nəfər ölüb, 26 nəfər yaralanıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, 10 avqust axşamı və 11 avqust gecəsi Rusiya qoşunları Dnepropetrovsk və Zaporojyeyə kütləvi şəkildə hücum edib. Dnepropetrovsk vilayətində 5 nəfər ölüb, daha yeddi nəfər isə yaralanıb, onların arasında üç azyaşlı da var. Bildirilib ki, Rusiya qoşunları Zaporojyeyə raketlərlə və idarə olunan aviabombalarla zərbə endirib. Hücum nəticəsində altı nəfər – 5 kişi və 1 qadın ölüb. 19 nəfərin yaralandığı qeyd olunub. Hücumlar nəticəsində yaşayış binalarına, sənaye infrastruktur obyektlərinə ziyan dəyib.
Müharibə isə dağıntıları ilə davam edir…