Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“COVID-19-a qarşı istifadə olunan vaksinlərin uşaqlar üzərində təsiri araşdırılmadığından, onlara tətbiqi tövsiyə edilmir”.
Bunu həkim-infeksionist Vüqar Cavadzadə bildirib.
Onun sözlərinə görə, artıq dünyada uşaqlar arasında “Delta” ştammına və onun törəməsi olan “Delta+” ştammına yoluxma halları artmaqdadır, buna baxmayaraq mövcud vaksinlər yalnız 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub: “İlk növbədə onu qeyd etmək istəyirəm ki, “Delta+” Hindistan variantı olan “Delta” ştammının mutasiyaya məruz qalmış növüdür. Avropada aparılan ilkin araşdırmalara görə, 12-20 yaşa aralığında olan uşaq və yeniyetmələrdə bu virusa rast gəlinir. Amma aşağı yaş qruplarında da müşahidə edilib. Aşağı yaş qrupunda olan uşaqlarda əsasən baş, boğaz ağrısı, qrip kimi əlamətlərlə özünü göstərir. Hazırda koronavirusun bu variantına yoluxma ilə əlaqədar uşaqlar arasında vaksinasiyanın aparılması məsələsi gündəmdə deyil. Ona görə ki, ilk olaraq bu istiqamətdə elmi tədqiqatlar aparılmalıdır”.