Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Azəriqaz”, “Azərişıq” və “Azərsu” vahid elektron platformada birləşdiriləcək.
Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib. Sənəddə qeyd olunan dövrdə müxtəlif istiqamətlərdə çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Onlardan biri də “kommunal xidmətlərin vahid informasiya sistemi”nin yaradılmasıdır. Adı çəkilən Strategiyaya görə bu sistem 2022-2023 –cü illərdə başa çatdırılmalıdır.
Strategiyadan gələn tələblər barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü olan Osman Gündüz fikirlərini bölüşüb.
“Beləliklə, uzun müddətdən bəri gözlənilən, müzakirəsi aparılan layihə gerçəkləşmək üzrədir. Məlum olduğu kimi, bundan xeyli öncə qəbul edilən bir çox sənədlərdə də ASAN-a tapşırılmışdı ki adı çəkilən sistemi formalaşdırsın”, – ekspert qeyd edib.
Osman Gündüzün sözlərinə görə, müxtəlif, həmçinin müəyyən maraqlı tərəflərin müqaviməti səbəbindən vahid elektron platformanı reallaşdırmaq mümükün olmayıb.
“Lakin müxtəlif səbəblərdən, istisna etmirəm ki, həm də müəyyən maraqlı tərəflərin müqaviməti ucbatından, oflayn formada “ASAN Kommunal” yaratmaq mümkün olsa da, vahid elektron platformanı reallaşdırmaq indiyədək mümkün olmayıb”, – bildirib.
O, bu sistemin reallaşacağı halda nələr baş verəcəyini də açıqlayıb:
“Bu sistemin reallaşması nələri nəzərdə tutur?
Ekspert “Azəriqaz”, “Azərişıq” və “Azərsu” qurumlarını vahid elektron platformada birləşdirməyıə cavabdeh olan ASAN və Energetika Nazirliyinin qeyd olunan müddətdə layihəni başa çatdıra biləcəklərinə ümid etdiyini bildirib.
“Ümid edirəm formalaşan elektron platforma üzərində, məlumatların toplanması və emalı üzərində, billing sistemləri üzərində, sayğac və xidmətin keyfiyyətinin ölçülməsi üzərində ictimai nəzarət imkanları da yaradılacaq.
Yeri gəlmişkən, Strategiyadan görmək olur ki, ölkədə rəqəmsal transformasiya ilə bağlı indiyədək icrası mümkün olmayan bir çox digər layihələrin reallaşması, uzun illər bu sektorla bağlı qəbulu mümkün olmayan qanunların və konsepsiyaların təsdiqlənməsi də adı çəkilən sənəddə nəzərdə tutulub.
Düşünürəm ki, Strategiyada müxtəlif istiqamətlərdə rəqəmsal transformasiyaya önəm verilməsi, bütün istiqamətlərdə rəqəmsal və innovativ tədbirlərin nəzərdə tutulması kifayət qədər əhəmiyyətlidir”, – deyə vurğulayıb.
Y.MƏMMƏDLİ