Əsas məzmuna keç

Valyuta bazarında yeni trend

Son altı ayda Azərbaycan manatı Türkiyə lirəsinə qarşı diqqətəlayiq artım göstərərək təxminən 24 lirədən 25,80 lirəyə yüksəlib.

Tezadlar.az-ın xarici mediaya istinadən xəbərinə görə, paylaşılan qrafik məlumatlarına görə, manat lirəyə qarşı sabit artım göstərib.

2025-ci ilin sentyabr ayı ilə 2026-cı ilin fevral ayı arasında Azərbaycan manatının Türkiyə lirəsinə qarşı dəyəri tədricən artıb. Qrafikdə zaman-zaman kiçik dalğalanmalar olsa da, ümumi trend yuxarıya doğru gedib.

Altı ay əvvəl 1 Azərbaycan manatı təxminən 24 Türkiyə lirəsi idisə, bu gün 25.80 Türkiyə lirəsi civarına çatıb. Bu, manatın Türkiyə lirəsinə qarşı dəyər qazandığını göstərir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…