3 Mart 2026 / 15:02

Antiinhisar Vaqif Ağayevin tenderi qazanıb icradan yayınan şirkətini “etibarsız” siyahısına saldı

Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına fevral ayı ərzində üçüncü şirkət əlavə olunub.

Tezadlar.az  xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə “Dasta Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1007710681) etibarsız təchizatçılar siyahısına əlavə edilib.

Rəsmi məlumata görə, buna səbəb “Dasta Group” MMC-nin tenderdə udduğu sifariş üzrə müqavilənin icrasından imtina etməsi olub. Nəticədə onun dövlət satınalmalarında iştirakı 1,5 illiyə, yəni 2027-ci ilin avqust ayının 5-ə qədər qadağan edilib.

“Dasta Group” MMC Azərbaycanda dəftərxana və təsərrüfat mallarının satılması sahəsində aktiv fəaliyyət göstərir. Şirkət ölkənin müxtəlif bölgələrində ayrı-ayrı dövlət qurumlarının tenderini qazanıb.

Belə ki, şirkət 2022-ci ilin avqust ayında dövlət qeydiyyatına alınsa da ötən ilin aprel ayından etibarən tenderlərin qalibi olmağa başlayıb. Elə həmin ilin sonuna qədər 64 müxtəlif tenderin qalibi olub. Bu tenderlərin nəticəsi olaraq şirkətlə qurumlar arasında ümumi dəyəri 403 min 850 manat olan satınalma müqavilələri bağlanıb.

2025-ci ilin 9 ayı ərzində 64 tender udan şirkət bu ilin əvvəlində də aktivliyini göstərib. Ötən ayın 6-da ümumi dəyəri 92 min 123 manat olan 2 satınalma müqaviləsi imzalayıb. Şirkət Xocavənd Rayon Polis Şöbəsinə 45 min 624 manatlıq, Goranboy Rayon Polis Şöbəsinə 46 min 499 manatlıq dəftərxana və təsərrüfat malları satıb.

Qeyd edək ki, 100 manat nizamnamə kapitalı olan “Dasta Group” MMC-nin qanuni təmsilçisi Ağayev Abutalıb Vaqif oğludur.

“Dasta Group” MMC-nin 2025-ci ildə qalibi olduğu tenderlərin siyahısı və imzalanmış müqavilələrin dəyəri aşağıdakı cədvəldə:

SN Satınalan təşkilatın adı Satınalma predmeti Təklifin qiyməti Yekunlaşma tarixi
1 Şabran Rayon Polis Şöbəsi Dəftərxana və təsərrüfat 46 030 AZN 22.12.2025
2 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Güzdək Qəsəbəsi üzrə Nümayəndəliyi “Dəftərxana, təsərrüfat, avadanlıq və digər mallar”ın satın alınması 4 699 AZN 22.12.2025
3 “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” PHŞ Dəftərxana və təsərrüfat mallarının satınalınması 12 884 AZN 03.12.2025
4 “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” PHŞ Dəftərxana və təsərrüfat mallarının satın alınması 4 349 AZN 01.12.2025
5 İsmayıllı Rayonu Statistika İdarəsi Dəftərxana və təsərrüfat malları, katrec dolumu 1 200 AZN 27.11.2025
6 “Dövlət Məşğulluq Agentliyi Bakı Peşə Hazırlığı Mərkəzi” PHŞ Dəftərxana və təsərrüfat mallarının satın alınması 8 235 AZN 26.11.2025
7 Diasporla İş üzrə Dövlət Komitəsi “Dəftərxana və təsərrüfat üzrə xərclər” üzrə malların satın alınması 7 549 AZN 25.11.2025
8 “Respublika Dəri Zöhrəvi Mərkəzi” PHŞ Digər malların alınması 849 AZN 21.11.2025
9 Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki Filialı Dəftərxana və təsərrüfat mallarının satınalınması 3 399 AZN 20.11.2025
10 Sumqayıt Şəhər Onkoloji Xəstəxanası Dəftərxana və təsərrüfat mallarının satınalınması 12 848 AZN 20.11.2025
11 Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 2 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Dəftərxana və təsərrüfat mallarının satınalınması 849 AZN 19.11.2025
12 Neftçala Rayon Statistika İdarəsi Kartriclərin və kresloların satınalınması 1 200 AZN 17.11.2025
13 Energetika Nazirliyi Dəftərxana və təsərrüfat mallarının satınalınması 11 149 AZN 13.11.2025
14 “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ Dəftərxana və təsərrüfat mallarının satınalınması 4 499 AZN 05.11.2025
15 Qusar Kommunal Müəssisələri Kombinatı Azqiymətli tez xarab olan təsərrüfat inventarların satın alınması 4 499 AZN 31.10.2025
16 “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ Maşın və avadanlıqların satınalınması maddəsindən məişət və təsərrüfat avadanlıq malları 2 700 AZN 30.10.2025
17 İçərişəhər Muzey Mərkəzi Dəftərxana və təsərrüfat mallarının satın alınması 13 799 AZN 30.10.2025
18 Mədəniyyət Nazirliyi Soyqırım Memorial Kompleksi Dəftərxana və təsərrüfat mallarının satınalınması 8 435 AZN 28.10.2025
19 Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinin Bakı Şəhər Təhsil İdarəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparatında dəftərxana və təsərrüfat mallarının satın alınması 8 499 AZN 28.10.2025
20 Sumqayıt Şəhər İcra Hakimiyyəti “Dəftərxana və təsərrüfat xərcləri” maddəsi üzrə malların satınalınması 999 AZN 23.10.2025
21 Füzuli Rayon Kommunal Müəssisələr Kombinatı Dəftərxana və təsərrüfat mallarının satın alınması 7 900 AZN 22.10.2025
22 Beyləqan Rayon İcra Hakimiyyəti Dəftərxana və təsərrüfat xərcləri (Beyləqan Rayon Dövlət Arxiv İdarəsi üçün) 849 AZN 21.10.2025
23 Ordubad Rayon İcra Hakimiyyəti Ordubad Rayonu şəhər və kəndlərdə uşaq əyləncə qurğularının alınması,çatdırılması və quraşdırılması. 49 000 AZN 21.10.2025
24 Beyləqan Rayon İcra Hakimiyyəti Dəftərxana və təsərrüfat xərci 6 499 AZN 20.10.2025
25 Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 3 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi “Dəftərxana və təsərrüfat xərcləri” maddəsi üzrə bütün növ dəftərxana və təsərrüfat mallarının satınalınması 850 AZN 15.10.2025
26 “Laçın Rayon Mərkəzi Xəstəxanası” PHŞ Dəftərxana və təsərrüfat mallarının satınalınması 10 361 AZN 14.10.2025
27 “Akademik Mirməmməd Cavadzadə adına Rspublika Kliniki Uroloji Xəstəxanası” Publik Hüquqi Şəxi Dəftərxana və təsərrüfat malları”nın satın alınması 34 499 AZN 13.10.2025
28 “İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ Mükafatlandırma ilə bağlı müxtəlif hədiyyələrin satın alınması 5 249 AZN 13.10.2025
29 Gədəbəy Rayonu Polis Şöbəsi Dəftərxana ləvazimatlarının satın alınması 2 400 AZN 13.10.2025
30 Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində Dövlət Toxum Fondu Dəftərxana ləvazimatlarının satın alınması 2 298 AZN 08.10.2025
31 Zərdab Rayon Gigiyena və Epidemiologiya Mərkəzi “Sair mallar”ın satın alınması 3 100 AZN 08.10.2025
32 Cəbrayıl Rayon İcra Hakimiyyəti Dəftərxana ləvazimatlarının satınalınması 2 200 AZN 30.09.2025
33 “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” PHŞ Təsərrüfat (yuyucu və təmizlik) malları 4 279 AZN 30.09.2025
34 Bakı-Abşeron Regional Turizm İdarəsi Dəftərxana və təsərrüfat mallarının satın alınması 1 015 AZN 30.09.2025
35 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad Qəsəbəsi üzrə Nümayəndəliyi Dəftərxana və təsərrüfat mallarını , mətbəə məhsullarının satınalınması 742 AZN 26.09.2025
36 Dövlət Turizm Agentliyinin “Xınalıq və Köç Yolu” Dövlət Tarixi-Mədəniyyət və Etnoqrafiya Qoruğu Dəftərxana və təsərrüfat malları 1 073 AZN 23.09.2025
37 Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu Dəftərxana və təsərrüfat malları 12 001 AZN 22.09.2025
38 “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” PHŞ Dəftərxana və təsərrüfat mal-materiallarının satın alınması 816 AZN 19.09.2025
39 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Dəftərxana,təsərrüfat,maşın avadanlıqlar 1 364 AZN 18.09.2025
40 Naxçıcan MR Ədliyyə Nazirliyi Dəftərxana və təsərrüfat malları (MEM üzrə) 1 792 AZN 11.09.2025
41 Naxçıcan MR Ədliyyə Nazirliyi Təsərrüfat malları ( RŞM üzrə) 2 399 AZN 01.09.2025
42 “Şuşa Şəhəri Qoruğu İdarəsi” PHŞn Mənzil Kommunal və Təmir Xidməti Dəftərxana mallarının satınalınması 3 201  AZN 26.08.2025
43 Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsi Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması 6 800 AZN 20.08.2025
44 Beynəlxalq Muğam Mərkəzi Dəftərxana mallarının satın alınması 2 285 AZN 19.08.2025
45 Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Dəftərxana və təsərrüfat mallarının satın alınması 1 401 AZN 08.08.2025
46 Sumqayıt Şəhər İcra Hakimiyyəti “Dəftərxana və təsərrüfat xərcləri” maddəsi üzrə bütün növ dəftərxana və təsərrüfat mallarının satınalınması 3 486 AZN 06.08.2025
47 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Fatnayi Kəndi üzrə Nümayəndəliyi dəftərxana və təsərrüfat mallarının satınalınması 690 AZN 05.08.2025
48 “İqtisadi Zonaların İnkişafı Agentliyi” PHŞ Nəqliyyat vasitələri üçün ehtiyat hissələri və aksesuarların alınması 9 501 AZN 01.08.2025
49 Dövlət Turizm Agentliyi Təsərrüfat mallarının satın alınması 5 951 AZN 31.07.2025
50 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Digah Qəsəbəsi üzrə Nümayəndəliyi Dəftərxana və təsərrüfat xərcləri 750 AZN 30.07.2025
51 Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Dəftərxana və təsərrüfat mallarının satınalınması 8 386 AZN 29.07.2025
52 Dövlət Statistika Komitəsi Qusar Rayon Statistika İdarəsi Dəftərxana və təsərrüfat malların satınalınması 734 AZN 29.07.2025
53 Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Dəftərxana və təsərrüfat xərcləri, mətbəə məhsullarının alınması 4 001 AZN 25.07.2025
54 Biləsuvar Rayon Polis Şöbəsi Dəftərxana və təsərrüfat mallarının satın alınması 3 066 AZN 24.07.2025
55 Biləsuvar Rayon İcra Hakimiyyəti Dəftərxana və təsərrüfat, yumşaq inventarın (mallarının) satınalınması 3 551 AZN 24.07.2025
56 “İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ Dəftərxana və təsərrüfat mallarının alınması 4 549 AZN 24.07.2025
57 Milli Kulinariya Mərkəzi Dəftərxana və təsərrüfat mallarının satın alınması 3 601 AZN 22.07.2025
58 “Naxçıvan Dövlət Universiteti” PHŞ Naxçıvan Dövlət Universiteti PHŞ Nəşriyyat bölməsinə zəruri olan dəftərxana avadanlıqların satınalınması 13 800 AZN 18.07.2025
59 Neftçala Rayon Statistika İdarəsi Dəftərxana ləvazimatı və təsərüfat mallarının alınması 851 AZN 17.07.2025
60 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təmizlik və yuyucu malların satınalınması 8 500 AZN 16.07.2025
61 DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi İnsan Alveri Qurbanlarının Müvəqqəti Yaşaması üçün Sığınacaq dəftərxana və təsərrüfat mallarının satın alınması 1 201 AZN 10.07.2025
62 Qazax Rayon İcra Hakimiyyəti Dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satınalınması 4 821 AZN 08.07.2025
63 Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir Şəhər İnzibati Ərazi Dairəsi üzər Nümayəndəliyi Dəftərxana ləvazimatlarının satınalınması 791 AZN 03.07.2025
64 “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ Dəftərxana mallarının satınalınması 2 577 AZN 03.04.2025  

 

FED

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!