18 May 2026 / 23:59

Vaşinqton Rusiya neft əməliyyatlarına əlavə vaxt verdi

ABŞ Maliyyə Nazirliyi gəmilərə yüklənmiş Rusiya nefti və neft məhsullarının satışı və daşınması əməliyyatlarının ABŞ sanksiyalarından çıxarılmasını daha 30 gün uzadır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl bir neçə dövlət Rusiya neftinin satın alınması üçün daha çox vaxt əldə etmək məqsədilə bununla bağlı xahiş edib.

Xatırladaq ki, ABŞ aprelin 17-dək olan dövrdə tankerlərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatların mayın 16-dək həyata keçirilməsinə icazə vermişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!