Əsas məzmuna keç

Vəhşi meymun fenomenə hücum etdi

Türkiyəli sosial media fenomeni Alya Vural istirahət üçün getdiyi Taylandda gözlənilməz hadisə ilə üzləşib.

Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, ona turistik gəzinti zamanı vəhşi meymun hücum edib. Meymun Alya Vuralın bel nahiyəsini dişləyib. Həyəcanlanan fenomen ərazidən uzaqlaşmağa çalışıb.

Hadisədən sonra Alya Vural bel nahiyəsində yaranan dişləmə izlərini və qızartını sosial media hesabında paylaşaraq yaşadığı qorxunu izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Taylandın meymunların çox olduğu turistik bölgələrində bu cür hadisələr vaxtaşırı baş verir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…