Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ölkədə baş verən zəlzələlərdə 32 nəfərin öldüyünü və 700-dən çox insanın yaralandığını açıqlayıb.
Tezadlar.az bildirir ki, Rodrigez ölkədə baş verən iki böyük zəlzələdən sonra keçirilən mətbuat konfransında vəziyyətlə bağlı yenilənmiş məlumat verib.
32 nəfərin həyatını itirdiyini və 700-dən çox insanın yaralandığını bildirən Rodrigez axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini və ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğunu söyləyib.
La Quariyanın ən çox təsirlənən ştat olduğunu qeyd edən Rodrigez deyib: “Onlarla bina dağılıb və biz Allahın bizə xilas etməyə icazə verdiyi həyatı xilas etmək kimi çətin bir vəzifəni yerinə yetiririk. La Quariya əsl faciə ilə üzləşir və fəlakət zonasına çevrilib”.
Venesuelada 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib
ABŞ Geoloji Xidməti (USGS) Venesuelada 39 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini bildirib.
ABŞ Geoloji Xidməti (USGS) Venesuelada iki zəlzələnin baş verdiyini açıqladı: biri Yaracuy əyalətində, Yumaredən 23 kilometr cənub-şərqdə 7,5 bal gücündə, digəri isə Yaracuy əyalətində, San Felipedən 24 kilometr şimal-şərqdə 7,2 bal gücündə olub.
Zəlzələlərin dərinliyi Yumaredə 10 kilometr, San Felipedə isə 21,9 kilometr olaraq bildirilib.
E.ŞİRİNOV