Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, hakimiyyət orqanları ölkədə baş verən iki böyük zəlzələdən sonra vəziyyətlə bağlı yenilənmiş məlumat yayıb.
Açıqlamaya görə, ölənlərin sayı 920, yaralananların sayı isə 3360-dır.
Venesuelada iki böyük zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) dünən Venesuelada 39 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini bildirib.
USGS bildirib ki, 7,5 bal gücündə zəlzələ Yaracuy əyalətində Yumaredən 23 kilometr cənub-şərqdə, 7,2 bal gücündə zəlzələ isə eyni ştatda yerləşən San Felipedən 24 kilometr şimal-şərqdə baş verib.
Zəlzələnin dərinliyi Yumaredə 10 kilometr, San Felipedə isə 21,9 kilometr olub.
Venesuelada axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar var.
E.ŞİRİNOV