Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək onüçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətlərinin təmin edilməsi məqsədilə görülmüş işlər və son vəziyyətə dair iclas keçirilib. Nazirliyin Mətbuat Xidmətindən tezadlar.az-a bildirilib ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun sədrlik etdiyi iclasda ölkə ərazisində, habelə tədbir məkanlarında dayanıqlı və keyfiyyətli telekommunikasiya xidmətləri ilə bağlı həyata keçirilmiş işlər, Bakı Olimpiya Stadionunda internet xidmətlərinə olan tələblər müzakirə edilib. Həmçinin internet xidmətlərinin, beynəlxalq internet kanallarının, mobil telefon rabitəsinin (səs/internet) təşkili üzrə hazırkı vəziyyət nəzərdən keçirilib. Tədbirin telekommunikasiyaya olan tələbatının yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.