Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyul 2026 / 03:18

Xamenei ilə son vida mərasimi

İranın keçmiş dini lideri Əli Xamenei üçün altı günlük dəfn mərasimi başa çatıb. Onun cənazəsinin gətirildiyi doğulduğu Məşhəd şəhərində keçirilən mərasimdə yüz minlərlə insan iştirak edib.

İran keçmiş dini lideri Əli Xamenei ilə vidalaşır.

Tezadlar.az xatırladır ki, Xamenei 28 fevralda İran-İraq münaqişəsinin ilk günündə ABŞ-İsrail hücumlarında öldürülüb.

Elan edilən atəşkəsə qədər təxirə salınan dəfn mərasimi 4 iyulda paytaxt Tehranda başlayıb. Altı günlük dəfn mərasimləri zamanı Xameneinin cənazəsi Tehrandan şiə İslamında müqəddəs sayılan Qum şəhərinə, daha sonra isə İraqın Kərbəla və Nəcəf şəhərlərinə aparılıb.

Cənazə son mənzilə, Xameneinin doğulduğu Məşhədə gətirilib. Xameneinin cənazəsi yük maşını ilə Məşhəd küçələrindən daşınıb.

Atası Əli Xameneinin ölümündən bir həftə sonra Ali Lider elan edilən Müctəba Xamenei dəfn mərasimində iştirak etməyib.

Mərasimlərdə iştirak edən iranlılar tez-tez Xameneinin qisasını almaq mesajını veriblər. “Trampı öldürün” yazılı plakatlar göz qabağında idi. İran xalqının qəzəbi hələ azalmasa da, yeni Ali Lider Müctəba Xameneiyə dəstək mesajları da göndərilib.

İran dövlət televiziyası Nəcəf və Kərbəlada gözləniləndən daha çox izdihamın toplaşması səbəbindən dəfn mərasiminin təxirə salındığını açıqlayıb.

Gecikmə səbəbindən Məşhəddəki mərasimin vaxtı da dəyişdirilib.

Xamenei yüz minlərlə iranlının müşayiəti ilə son dəfn yeri olan İmam Rza ziyarətgahına aparılıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!