Tanınmış diaspor fəalı Mehriban Həsənova Bakı küçələrində meydan oxuyan şortikli qadınlara sərt mesaj verdi. Tezadlar.az həmin statusu paylaşır: “…Ölkədə kişilərin şortiklə ictimai yerlərdə görünməsinə qadağa qoyulub, normaldır. Bəs, qadınlara niyə bu qadağa qoyulmur? Kişilər heç vaxt mayka ilə küçəyə çıxmırlar, amma qadınlar çıxırlar. İndi deyin, belə halda qadınlar abırlıdır, yoxsa, kişilər? Dünən Yasamal rayonunda fəaliyyət göstərən ASAN -3 xidmət mərkəzində bir qadın gördüm, gözlərim böyüdü. Qadın, demək olar ki, yataq paltarında, ayağında da çimərlik çəkələyi ilə yanında da biri, ikinci mərtəbəyə qalxdı. Əynində iki geyim əşyası vardı, qısa şortik və kiçik bir mayka, maykanın bir çiyni aşağı düşmüşdü, sinəsi sol tərəfdən tam çılpaq idi, çox iyrənc görünürdü. Hirsimdən az qala qışqıracaqdım ki, bu ölkəyə gələn əcnəbilər sənin geyiminə baxıb nə danışacaqlar? Özün və yanındakı, qara qəpiyə dəyməzsiniz, heç olmasa, yaşlılardan, uşaqlardan utanın….”.
Sitatın sonu.