Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/10
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in İdarə Heyəti üzvü, təqaüddə olan ədliyyə general-mayoru Hüseyn Əlixanovun Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, hakimiyyətə qayıdışına həsr olunmuş “Xaosdan Zəkaya Doğru” və “Qələbəyə aparan yol” adlı 2 kitabı çox nəfis tərtibatla nəşr olunmuşdur.
İyul ayının 21-də “Beynəlxalq Əlillər Cəmiyyəti” (BƏCİB), “Türk Dünyası Turan Düşüncə Mərkəzi” (TDTDM), “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” ictimai birlikləri və “Əlillər Dünyası” qəzetinin təşəbbüsü və təşkilatçılığı, “Azərbaycanda Atatürk Mərkəzi”nin dəstəyi ilə həmin kitabların geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi keçirildi.
Tədbiri açıq elan edən BƏCİB-in sədri Tahir Xudiyevin təklfi ilə öncə Ulu Öndərimiz və bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
BƏCİB İdarə heyəti üzvləri Məlahət Abdullayeva və Zərnişan Turan tədbir iştirakçılarına 2019-cu ildə nəşr olunmuş “Xaosdan Zəkaya Doğru” və 2023-cü ildə nəşr olunmuş “Qələbəyə aparan yol” adlı kitabların mahiyyəti və məzmunu barədə məlumat verərək kitablarda Azərbaycanımızın tarixinin mühüm və keşməkeşli mərhələsini əhatə edən yaxın keçmişimizin hazırki gənclərə və gələcək nəsillərə ötürülməsi məqsədi ilə qələmə alındığını bildirdilər.
Çıxış edənlər-yazıçı-publisist Asif Mərzili, professor Habil Qurbanov, BDU-nun professoru Firuzə Abbasova, Səhiyyə Nazirliyinin əməkdaşı Səmayə Şıxəliyeva, BƏCİB-in İdarə heyəti üzvü, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, əməkdar jurnalist Şəfəq Əlixanlı, Məhkəmə Ekspertiza Mərkəzinin böyük eksperti Almaz Bayramova, BİƏM-in sədri Rauf Zeyni, vaxtı ilə Naxçıvanda Ulu Öndərlə birgə çalışmış Rəşid Həsənov, BƏCİB-in Qarabağ Nümayəndəliyinin rəhbəri, TDTDM-nın İdarə heyəti üzvü Həsənağa Bayramov Hüseyn Əlixanovun prokurorluq və ədliyyə orqanlarında xidmət etdiyi uzun illər ərzində ictimai-siyasi vəziyyəti, müxtəlif hadisələr üzrə aparılan istintaqın müəyyən etdiyi nəticələri, o cümlədən müxtəlif dövrlərdə dövlət idarəçiliyində baş verən ayrı-ayrı təzadlı hadisələri, ən əsası isə Ümummilli lider Heydər Əliyevin geniş miqyaslı mənalı, Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən həyat və fəaliyyətini ardıcıl, sadə, oxunaqlı dildə təsvir etdiyindən söz açdılar, bu kitabların yalnız tarixi faktların toplusu deyil, həmin hadisələrin bilavasitə iştirakçısı olan məsul vəzifəli şəxsin gördüklərinin, yaşadıqlarının reallıqla təsviri olduğunu qeyd etdilər.
Hüseyn Əlixanov çıxış edərək real faktlara əsaslanan qələmə aldığı “Xaosdan Zəkaya Doğru” və “Qələbəyə aparan yol” adlı kitabların hansı zərurətdən və hansı məqsədlərlə ərsəyə gəlməsi barədə ətraflı danışdı. Müəllif qeyd etdi ki, həmin dövrdəçoxsaylı xarici kəşfiyyat orqanlarının təsiri və təzyiqi ilə həyata keçirilən təxribatların qarşısının alınmasına və ölkədə sabitliyin bərqərar olmasına yönələn fədakar xidmətlərinin, müstəqil dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında müstəsna rolunun və xalqımızın maddi-mədəni rifah halının yaxşılaşdırılması naminə Ulu Öndərin gördüyü möhtəşəm işlərin yaddaşlarda əbədiləşməsi məqsədi ilə qələmə almışdır.
Tədbirdə Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev, Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətinin rəisi Mirsaleh Seyidov, ƏN-nin əməkdaşı Fatimə Dəmirli–Məmmədzadə, TƏBİB-in nümayəndəsi Fatimə Seyidova, Elm və TəhsilNazirliyinin əməkdaşı Fidan Rəsulzadə, Müdafiə Nazirliyinin əməkdaşı Tərlan Güləhmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Bilal Zeynalov,Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı Vəfa Orucova, Nizami Gəncəvi adına Ədəbiyyat İntitutunun nümayəndəsi Ayna Əlixan, Penitensiar Xidmətinin əməkdaşları Vüqar Abışov, Fərhad Həsənov və Namik Həsənov, Milli Aviasiya Akademiyasınınəməkdaşı Araz Qədiməliyev, Sosial Xidmətlər Agentliyinin mətbuat xidməti katibi Sərvər Abdullayev, Yaşıllaşdırma İdarəsinin əməkdaşı Xudu Xudiyev, YAP Mərkəzi Aparatının nümayəndəsi Zəkiyyə Musayeva, Bakı Yunus Emre Enstitusunun rəhbəri Gökhan Seyhan, “Huma quşu” Təhsilə Yardım Fondununun idarə heyəti üzvü Leyla İmanova, müstəqil jurnalist Nazim Əlixanov, “Səs” İA-nın əməkdaşı Qismət İsmayılov, “Həkəri” qəzetinin Baş redaktoru Rauf İlyasoğlu, “Vətən səsi” qəzetinin müxbiri Mina Rəşid, eləcə də digər dövlət və ictimai təşkilatların əməkdaşları, KİV və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.
Təqdimat böyük maraqla qarşılandı.
Məlahət Abdullayeva,
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB- nin Mətbuat xidmətinin rəhbəri