Əsas məzmuna keç

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xaçmaz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən  Tezadlar.az-a verilən məlumata görə, tədbirdə sahibkarlara gömrük sistemində aparılan təkmilləşdirilmələr, xüsusilə rəqəmsallaşmanın genişləndirilməsi, könüllü riayət prinsipinin təşviq edilməsi, eləcə də sərhədkeçmə prosesləri, gömrük rəsmiləşdirilməsinə dair yeniliklər barədə məlumat verilib.

Görüş iştirakçıları “Íkipilləli buraxılış sistemi”, “Rəqəmsal gömrük dəyəri”, “Zərərli maddələr və tullantıların qanunsuz ticarəti” mövzularında da məlumatlandırılıb.

Sonda sahibkarların rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…