Əsas məzmuna keç

Xəbərdarlıqları qulaqardına vuran ABŞ tankeri Hörmüz boğazında vurulub – İran

İran İnqilab Keşikçiləri Korpusu Marşal Adaları bayrağı altında üzən “Safesea Vişnu” adlı ABŞ neft tankerini təkrarlanan xəbərdarlıqları qulaqardına vurduğuna görə Hörmüz boğazında vurduğunu açıqlayıb.

Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun açıqlamasında bildirilir ki, bu səhər Marşal Adaları bayrağı altında üzən ABŞ neft tankeri “Safesea Vişnu” təkrarlanan xəbərdarlıqları qulaqardına vurulduğuna görə Hörmüz boğazının şimalında vurulub.

Məlumatda həmçinin Fars körfəzi və Hörmüz boğazında gəmiçilik trafikinə artan risk qeyd edilərək, ABŞ-ın bu vəziyyətə görə məsuliyyət daşıdığı və ticarət gəmilərinin raketlərdən təsirlənməmək üçün İranın dəniz qaydalarına riayət etməli olduğu bildirilib.

İran ABŞ-İsrail birgə hücumlarına cavab olaraq qisas hücumlarını davam etdirərkən, İran İnqilab Keşikçiləri Korpusu, xüsusən də ABŞ və İsraillə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlayıb.

E.ŞİRİNOV    

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…