BU YAZINI BELƏ YIĞCAM FORMADA İNTERNETDƏ HEÇ YERDƏ TAPA BİLMƏZSİNİZ. ONU BU HAQDA TAM MƏLUMATI OLMAYAN İZLƏYİCİLƏRİM ÜÇÜN TOPLADIM. BƏS GÖRƏK NEÇƏ NƏFƏR ONU OXUYACAQ?
Bu video İranın Xomeynidən sonra ikinci Ali Dini rəhbəri Xomenei ilə Qum şəhərində vida mərasimində çəkilib. 4-9 iyul ərzində ölkə ərazisində keçirilməkdə olan vida mərasimlərində 20 milyon insanın iştirak edəcəyi təxmin edilir.
1989-cu ildən bəri bu vəzifəni icra edən Əli Xamenei 2026-cı il fevralın 28-də Tehranda baş vermiş hava hücumları nəticəsində həlak olmuşdur. Regiondakı gərgin hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq rəsmi kütləvi vida və dəfn mərasimləri iyulun 4-dən başlamışdır və iyulun 9-da onun Məşhəd şəhərindəki İmam Rza hərəmində dəfn edilməsi ilə başa çatacaqdır.
Bəzən bu adların oxşarlığı (Xomeyni və Xamenei) tez-tez bəzi adamlarda qarışıqlıq yaradır. Lakin tarixi xronologiyaya baxsaq, vəziyyət bir az fərqlidir. Gəlin bu iki mühüm tarixi məqamı tam açıqlayım.
1979-cu ildə hakimiyyətə gələn və İran şahı Rza Pəhləvinin oğlu Məhəmməd Rza Pəhləvini devirən şəxs bu inqilabın rəhbəri olan Ayətullah Ruhullah Xomeyni idi. O, 1979-cu ildən 1989-cu ilə qədər (vəfat edənə qədər) İranın ilk Ali Rəhbəri olub.
Seyid Əli Xameneinin isə 1979-cu ildə birbaşa ölkənin rəhbəri olmadı. O, inqilabdan sonra əvvəlcə müxtəlif dövlət vəzifələrində çalışdı, hətta 1981–1989-cu illərdə İranın Prezidenti oldu (lakin o dövrdə əsas söz sahibi yenə də Xomeyni idi).
Seyid Əli Xamenei isə həmişə Xomeyninin ən yaxın silahdaşlarından biri olub. Yalnız 1989-cu ildə, Xomeyni vəfat etdikdən sonra, Əli Xamenei onun yerinə İranın ikinci Ali Rəhbəri seçildi və bu ilin fevralında öl(dürül)ənə qədər 37 il İranın rəhbəri olmuşdur.
Seyid Əli Xameneinin və onunla birlikdə həlak olan ailə üzvlərinin cənazəsi iyulun 9-da Məşhəddə torpağa tapşırılana qədər həm İranda, həm də regional şiəlik mərkəzi sayılan İraqda çox geniş və simvolik bir marşrut keçir. 6 günlük marafon xarakterli bu rəsmi dövlət dəfn mərasiminin coğrafiyası və cənazənin keçəcəyi şəhərlər xronoloji ardıcıllıqla belə müəyyən edilib:
1. Tehran (4–6 iyul)
2. Qum (7 iyul-dünən)
3. Nəcəf və Kərbəla (8 iyul-sabah)
4. Məşhəd (9 iyul – Son mənzil).
Etibar Əliyev,
Blogger