Əsas məzmuna keç

YAĞIŞIN YAĞMASI HAVANIN KEYFİYYƏTİNƏ TƏSİR EDİB

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri

ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

TEZADLAR.AZ xəbər veriri ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildirilib.

“Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə hava keyfiyyət göstəriciləri sanitar norma daxilində müəyyən edilib.

Yağıntılı hava şəraiti havanın keyfiyyətinə öz müsbət təsirini göstərərək əlverişli edib”, – məlumatda deyilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…