2 Dekabr 2025 / 14:15

Yüksək gəlirli piramida yalanı: yüzlərlə vətəndaşı belə aldadıblar

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) “Zuerx” adlı onlayn maliyyə piramidasını ifşa edib. Tezadlar.az nazirliyin mətbuat xidmətinə istinadla bildirir ki, saxta əməliyyatlarla piramidanı idarə edən Əli Qarazadə (32), Samir Ağazadə (35) və Elmar Xosiyev (39) saxlanılıblar. Onların “WhatsApp” qruplarında 400-dən çox şəxsə yalan vədlərlə yüksək gəlir təklif edərək kriptovalyuta adı altında külli miqdarda vəsaiti ələ keçirdikləri müəyyən edilib. Şirnikləndirmək üçün bir neçə nəfərin hesabına simvolik məbləğlər də göndərilib.
Nazirlik tövsiyə edir ki, heç bir iqtisadi əsaslanmayan “piramida sistemlərinə” və guya yüksək faizli kripto-yatırım təkliflərinə inanmayın. Şübhəli hallarda dərhal polisə məlumat verin.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!