Əsas məzmuna keç

Yunanıstanın F-16 təyyarəsi alovlandı: Pilot təcili eniş etdi

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Yunanıstanın qərbindəki Zakintos adasına təcili eniş edib.

Tezadlar.az xəbər verir ki, ərazidən çəkilmiş görüntülərdə təyyarənin alov içində qaldığı görünür.

Yunanıstanın F-16 qırıcı təyyarəsi Zakintos adasına məcburi eniş edib.

Təyyarənin hələlik müəyyən edilməmiş nasazlıq səbəbindən təcili eniş etdiyi bildirilib.

Nasazlıq təlim uçuşu zamanı baş verib.

ERT: HAVADA YANĞIN BAŞ VERİB

Yunanıstanın dövlət televiziyası ERT-nin məlumatına görə, pilot təyyarədə baş verən yanğın səbəbindən təcili eniş etmək qərarına gəlib. Kathimerini yanğının eniş şassisindəki problemdən qaynaqlana biləcəyini bildirib.

Pilotun səhhətinin yaxşı olduğu bildirilir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…