Əsas məzmuna keç

“Yuxa” restoranının fəaliyyəti dayandırıldı-YANĞIN TƏHLÜKƏSİ VAR

Bu gün araşdırmalardan sonra Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən “Yuxa” restoranının fəaliyyəti dayandırılıb. Bu barədə Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bilidirlib ki, restoranda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq sözügedən restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Rövşanə

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…